Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Qazi Hacı Mirəziz Seyidzadə » Televiziya təhqir məkanı yox – maarifləndirmə ocağıdır
14.05.12 19:16

Vaxilə ATV kanalında gedən “El içində” verilişinin aparıcısı Elçin Əlibəyli Türkiyədən gələn bir fırıldaqçını – Məhəmməd Bazaroğlunun reklamını tez-tez işıqlandırırdı. Onun bu hərəkəti nəinki dindarlara, nəinki din xadimlərinə dünyada elmi nailiyyətləri ilə məşhur olan  Azərbaycan ziyalılarına böyük bir təhqir idi. Bu barədə jurnalımızın keçən saylarında-46-cı nömrəsində, böyük bir məqalə dərc olunmuşdu. Buna baxmayaraq həmin verilişdən sonra bir çox xəstələr onun ünvanına getdilər və demək olar ki, Bazaroğlu böyük bir bazar açaraq sadə adamların ciblərini boşaltmağa nail oldu. Görün bu fırıldaqçı Azərbaycan xalqını nə qədər cahil və nadan hesab edirdi.Mən xəstələri Quranla, – ruqiyyə üsulu ilə müalicə edirəm deyirdi. Bu böyüklükdə Azərbaycanda da bir nəfər də durub demir ki, ay filankəs sən özün xəstəsən, xəstə xəstəni necə müalicə edər. Belə bir deyim də var: yatan yatanı necə oyadar. Utanmazcasına guya xəstədir deyə qabaqcadan öyrədilmiş bir qadını yatağa salır. Sonra da onu sorğu-suala tutur. Xəstə qadın da mənim yanıma Yusif Peyğəmbər gəlmişdi məni döyürdü deyə bir neçə eybəcər sözlər danışdı. Başa düşmürəm məyər peyğəmbərlər adam döymək üçün göndərilib? Görün nə baş verdi Bazaroğlu təkrar-təkrar deyirdi: «Mən cinləri bədəndən çıxarıram, ruhları saflaşdırıram». Bu zaman studiyadakı adamların biri mənim cinlərimi çıxart deyə ona müraciət etdi. Bu fırıldaqçı isə sən gərək  mənim qəbuluma gələsən, mənim yanımda gərək tək olasan və s. məkirli sözlərlə vəziyyətdən çıxdı. Bazaroğlu bu minvalla sadə xalqı aldadır, onların ciblərini soyur. Hər dəfə də ruqiyyə üsulundan istifadə edirəm deyir. Soruşan yoxdur ki, bu ruqiyyə dediyin xanımdır, kişidir, cindir, şeytandır ya sənin hansı şərikindir. 2010-cu ildə Atv kanalında çıxartdığı oyunu yenidən 2 ildən sonra Günəbaxan verilişində təkrarladı. Amma nə yaxşı ki, «Günəbaxan»da onun iç üzü açıldı.  
Son zamanlar “Günəbaxan” verilişi yenidən sanki, dini mərkəzi təmsil etməyə başlamışdır desəm yanılmaram. Vaxtaşırı səriştəsiz adamları din xadimi və ya  ilahiyyatçı adı ilə studiyaya dəvət edir, Qurani-Kərimi müzakirə obyektinə çevirərək müəyyən şoular təşkil edirlər. Nəticədə din və dindarlar təhqir olunur və onların arasında böyük narazılıqlar yaranır. Məhəmməd Bazaroğlu adlı qadın alt paltarı satan bir bazar adamı Azərbaycan ziyalılarını göz görə-görə biabır edir, lakin hamı ağzına su alıb oturur. Hətta çoxları bu fırıldaqçıya dolayısıla kömək də edirlər. İlqar Mikayıloğlu yaxşı jurnalist, gözəl aparıcıdır, obyektiv adamdır. Lakin onun cinlərin işinə qarışmasını heç məsləhət bilməzdim. Hər adamın öz işi var. Məhəmməd Bazaroğlu kimi din aləmindən xəbərsiz olan bir nadanın, Azərbaycan ölkəsindən xam torpaq kimi istifadə etməsi, insanların bədənindən cin-şeytan cıçarması həm dinimizə, həm də təbabət aləminə böyük ləkədir. Müəyyən teləkanalların da onun seanslarını çəkib göstərməsi biabırçılıqdan başqa bir şey deyil. Azərbaycan qız-gəlinlərini yorğan-döşəyə salıb onların cinlərini çıxartmaq isə ən böyük şarlatanlıqdır. O belə biabırçı hərəkətləri Azərbaycandan başqa heç bir ölkədə edə bilməz, onu daşqalaq edərlər. Təəssüflər, yenə təəssüflər...
Başqa bir məqam. Hamımızın hörmət bəslədiyimiz, akademik Nizami Süleymanova kim haqq verib ki, efirdə əyləşib özünə aid olmayan işlərə qarışsın, din xadimlərini təhqir eləsin. İnsanların mənəvi atalarını biabır eləsin. Yanında da oturan ilahiyyatçı yazıq və məzlum halda onu dinləmək məcburiyyətində qalsın. Akademikin ifadəsinə fikir verin. «Mollanın geyiminə bax, onun üst-başı bozboş iyi verir, onun yanında oturmaq olmur, kəsafət iyi gəlir; sonra da üzünü ekran qabağında əyləşənlərə tutub utanmırsız və s……..
Əvvələn, cənab akademik, belə ifadələr sizin mübarək ağzınızdan çıxmamalıdır. Siz böyük bir elm aləmini təmsil edirsiniz, siz ixtiracı alimsiniz. Sizin böyük bir dinin - İslam dininin yaxşı-pis nümayəndələrini o cür təhqir etməyə haqqınız yoxdur. Beş-altı əlif-be oxuyub mollaların cərgəsinə soxulanların hesabına ləyaqət və şərəf sahibləri olan ruhaniləri belə təhqir etmək olmaz. Onların ən zəifi mənəm, gəlin televiziyada istənilən dini mövzuda debata çıxaq… Hələ mən nəhəng alimləri demirəm. Axı mollanın böyüyü böyük hörmətlə yad etdiyiniz Şeyxülislam A. Paşazadədir. Ondanda böyüyü Həzrət Peyğəmbərimizdir. Sənin təhqirlərin məgər onlara gedib çıxmırmı? Cənab akademik, məgər siz həmin adam deyildiniz ki, prezidentliyə namizəd olanda əlinizə Qurani-Kərimi götürüb  məscidləri gəzə-gəzə mollalardan kömək istəyirdiniz. Hələ seçiciləri çətin vəziyyətə salıb Qurana da and verirdiniz. Hətta çox mollalardan nələr istədiyinizi sizə hörmət əlaməti olaraq yazmıram. Sonda sözümü səriştəsiz mollara ünvanlayıb deyirəm: a yazıqlar görüntü xatirinə televiziya ekranlarına çıxıb mollaları biabır etməyin. Gücünüz çatan işin qulpundan yapışın. Əsrlərlə İlahi hikmət elm və müqəddəslik rəmzi olan Qurani-Kərimlə oynamaq olmaz. Belə bir atalar sözü var. Yük altına girməz, məyər yük sahibi. Qurani-Kərim və müqəddəs şəriət qanunları ayrı-ayrı insanların başı ilə ölçülmür. Buna Cəlal Paşanın dediyi böyük tərəzi lazımdır. Onun belə bir beyti var:
İdrak məali bu kiçik əqlə kərəkməz
Zira bu tərazu o böyük siqləti çəkməz.  


Əziz Pünhan
URL / WWW
http://kelam.az/article/a-6298.html