Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Məqalələr » Allahşükür Paşazadə Ərəbistanda…
14.05.12 19:16

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 1-dən etibarən Səudiyyə Ərəbistanında səfərdə olub. Səfər Azərbaycanın Həcc missiyası tərəfindən builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçirilib.  QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib ki, Azərbaycan nümayəndə heyəti Səudiyyə Ərəbistanı rəsmiləri ilə bir sıra görüşlər keçirib. Aprelin 2-də Şeyxülislam Hacı Allahşükür Paşazadə Səudiyyə krallığı Həcc nazirinin Həcc məsələləri üzrə müavini Hatim Qadi ilə görüşüb. Görüşdə ötən ilin Həcc mərasimləri ilə baglı yekunlardan danışılıb, Səudiyyə tərəfinin təşkilati hazırlığı, Azərbaycan Həcc missiyasının fəaliyyətindən razılıq ifadə olunub, habelə zəvvarlarımızın müqəddəs məkanlara builki müqəddəs Həcc səfərinin təşkili ilə əlaqədar məsələlər müzakirə edilib. Müzakirələrdə Azərbaycanlı zəvvarların bu ilki Həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi, ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirə bilmələri ilə baglı digər məsələlər müzakirə edilib. Növbəti Həcc mövsümünə dair Azərbaycan Həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanıb
Aprelin 3-də QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətini Ciddə şəhərində Səudiyyə Ərəbistanının Həcc naziri doktor Bəndər bin Məhəmməd qəbul edib. Şeyxülislam Allahşükür Paşazadə nazirlə keçirdiyi ilk görüşdə onu yaxınlarda bu vəzifəyə təyinat alması münasibətilə təbrik edib, ölkələrimiz arasında mənəvi əlaqələrin genişləndirilməsi istiqamətində qarşıdakı fəaliyyətinə uğurlar diləyib. A.Paşazadə Azərbaycanın dövlət başçısının salamlarını və ən xoş arzularını kral həzrətlərinə yetirməyi səudiyyəli nazirdən rica edib. Nazir Bəndər bin Məhəmməd, öz növbəsində, Şeyxülislam Allahşükür Paşazadədən Səudiyyə kralının salamlarını Azərbaycanın dövlət rəhbərinə çatdirmagı xahiş edib.
Səfər çərçivəsində QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mənzil-qərargahı Ciddədə yerləşən İslam Əməkdaşlıq Təşkilatının sədri Ekmələddin İhsanoğlu ilə görüşüb. Səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycanla İƏT arasında mövcud yüksək əməkdaşlıq əlaqələrindən, bu əlaqələrin daha da inkişaf etdirilməsi perspektivlərindən söhbət açılıb. QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ekmələddin İhsanoğlunun Azərbaycana olan səmimi münasibətindən razılıqla bəhs edib, Xocalı soyqırımı ilə bağlı İƏT-nin ardıcıl və ədalətli mövqeyinə görə minnətdarlığını bildirib.
Görüşlərdə Azərbaycanın Səudiyyə Ərəbistanındakı Fövqəladə və Səlahiyyətli səfiri Tofiq Abdullayev iştirak edib.


Həcc ziyarətinə avtobuslarla səfər olmayacaq


Bu il Azərbaycandan Həcc ziyarətinə avtobuslarla səfər olmayacaq, bu cür yola salma ləğv olunub. Səudiyyə Ərəbistanına yola salınacaq zəvvarların yalnız təyyarələrlə səfəri təşkil olunacaq. Həcc yolçuluğuna avtobuslarla getməyə hazırlaşan dindarlara Qafqaz Müsəlmanları İdarəsindən deyiblər ki, tələsməsinlər, səfərin yalnız təyyarələrlə olacağı gözlənilir. Eyni zamanda təyyarələrlə Həccə getməyin qiymətində də bahalaşma olduğu bildirilir.
Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Hacı Müqəddəs Payızov xəbəri birmənalı olaraq təkzib etməyib. QMİ rəsmisi bildirib ki, hazırda bu məsələ ilə bağlı rəhbərlikdə dəqiqləşmələr aparılır, yaxın günlərdə idarə sədri Şeyxülislam Allahşükür Paşazadə mətbuat konfransı keçirərək hər şeyi  açıqlayacaq.
“Mən indidən nə isə desəm düz olmaz. Bütün suallarınızı mətbuat konfransında  şeyx həzrətlərinə unvanlamağınız məsləhətdir”.
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə bir neçə gün öncə Səudiyyə Ərəbistanından qayıdıb. Səfər Azərbaycanın Həcc missiyası tərəfindən builki Həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçirilib, müvafiq razılaşmalar əldə olunub. Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında protokol imzalanıb
Ötən il avtobus və təyyarələrlə Həcc ziyarətinə 2500 azərbaycanlı zəvvar gedib. 2011-ci ildə  ziyarət səfərləri avtobuslarla 2650 manat, təyyarə ilə səfər edənlər üçün isə 3750 manat olub.


Türkiyə Diyanət Vaqfı İdarə Heyətinin II katibi ilə görüş


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Türkiyə Diyanət Vaqfı İdarə Heyətinin II katibi Mazhar Bilginlə (aprelin 18-də) görüşüb. Qonağı səmimi salamlayan Qafqaz Müsəlmanları İdarəsinin sədri  keçirilən XV Avrasiya İqtisadi Zirvəsində iştirakı, keçirdiyi görüşlər barədə məlumat verib. Şeyxülislam həzrətləri Mərmərə Qrupu Vəqfi tərəfindən təşkil olunan Avrasiya İqtisadi Zirvəsinin önəmli bir toplantı olduğunu bildirib, belə tədbirlərin əhəmiyyətini qeyd edib.
Türkiyə Diyanət Vaqfı rəhbərliyinin salamlarını Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə çatdıran Mazhar Bilgin Azərbaycanda keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq Şeyxülislam həzrətlərinin İslam dininin qorunması, regionda və bütün dünyada sülhün bərqərar olunması yolundakı xidmətlərini yüksək dəyərləndirib. Mazhar Bilgin təmsil etdiyi Türkiyə Diyanət Vaqfı ilə Qafqaz Müsəlmanları İdarəsi arasında əlaqələrin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. Sonda Şeyxülislam həzrətləri qonağa xatirə hədiyyəsi təqdim edib. Türkiyənin Azərbaycandakı səfirliyinin dini xidmətlər müşaviri Sadiq Əraslan da görüşdə iştirak edib.
URL / WWW
http://kelam.az/article/a-6290.html