Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Avropa Şurasının gənclər portalında Azərbaycan Gənclər Fondunun elanı yerləşdirilib
12.05.12 02:36

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu gənclər arasında Fondun loqosunun dizaynı ilə bağlı müsabiqə elan edib. Müsabiqənin keçirilməsində əsas məqsəd isə gənclərin Fondun fəaliyyətində yaxından iştirak etməsini təmin etmək və gənclərin iştirakı ilə Fondun vahid loqosunu hazırlamaqdır. “KƏLAMİNFO” xəbər verir ki, Fondun loqosunun dizaynı ilə bağlı müsabiqənin elanı 10 May 2012-ci il tarixində Avropa Şurasının gənclər portalında da yayımlanıb. Ətraflı: http://www.coe.int/t/dg4/youth/ Qeyd edək ki, loqo dizaynı üçün artıq çoxsaylı təkliflər gəlib. Azərbaycan Gənclər Fondu gənclərimizi müsabiqədə aktiv iştirak etməyə dəvət edir. Müsabiqədə iştirak etmək istəyən şəxslər 25 may 2012-ci il saat 17:00-dək office@youthfoundation.az elektron ünvanına loqo təklifini təqdim etməlidir.
URL / WWW
http://kelam.az/article/a-6283.html