Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ-dakı səfirliyimizdə ümummilli liderin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib
12.05.12 02:35

Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Mərasimdə səfirlik əməkdaşları ilə yanaşı, ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Tədbirdə çıxış edən səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu, dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində zəhmətləri və ümumiyyətlə dahi liderin parlaq ictimai-siyasi fəaliyyətindən bəhs edib. O, müstəqil Azərbaycanın bu gün dünya siyasətində artan rolunun, qazanılan uğurların, o cümlədən cari ay ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinin Heydər Əliyev tərəfindən təməlləri qoyulan uğurlu xarici siyasətin və bu siyasətin bu gün müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi olduğunu deyib. Səfir Heydər Əliyev kimi dahi şəxsiyyəti yetişdirdiyinə görə Azərbaycan xalqının şanslı olduğunu vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6282.html