Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » İT şirkətlər Amerikada öndədir
11.05.12 03:48

“Apple” ən böyük Amerika şirkətlərinin reytinqində 17-ci mövqedə yerləşib. “KƏLAMİNFO” “ICTnews”a istinadən xəbər verir ki, bu barədə “Fortune” jurnalının hesablamalarında bildirilib.

Şirkət keçən illə müqayisədə vəziyyətini 2 dəfə yaxşılaşdırıb. Texnologiya sektoru üzrə reytinqə “Hewlett-Packard” şirkəti liderlik edir. Belə ki, şirkət  reytinqdə 10-cu mövqedə qərarlaşıb. Amerikanın “AT&T” mobil rabitə operatoru reytinqdə 11-ci, “Verizon Communications” 15-ci, “Microsoft” korporasiyası 37-ci, “Dell” şirkəti 44-cü, “İntel” korporasiyası 51-ci, “Amazon” internet-şirkəti 56-cı, “Cisco Systems” 64-cü, “Google” şirkəti 73-cü və “Oracle” korporasiyası 82-ci yerdə bərqərar olub.Qeyd edək ki, nəhəng neft-qaz korporasiyası “Exxon Mobil”  və “Fortune 500” şirkəti reytinqə başçılıq edir.
URL / WWW
http://kelam.az/article/a-6280.html