Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İndiyədək ölkədə A(H1N1) virusuna qarşı 4142 nəfər peyvənd olunub
22.01.10 03:34

Cari ilin 20 yanvar tarixinə qədər ölkə ərazisində yeni gətirilmiş vaksinlərlə A(H1N1) virusuna qarşı 4142 nəfər peyvənd olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Respublika Gigiyena və Epidemologiya Mərkəzinin direktoru Emin Babayev verib. O, qeyd edib ki, vaksinlər ölkəyə gətirildiyi zamandan peyvəndləmə Bakıda, Sumqayıtda və Abşeronda həkimlər, hamilə qadınlar və ağciyərin xroniki xəstəlikləri olan insanlar arasında aparılıb. Yalnız dünən Milli Matəm günü ilə əlaqədar peyvəndləmə aparılmadığını deyən E.Babayev bu gundən prosesin davam etdiriləcəyini və gələn həftədən respublikanın bölgələrində də peyvəndləmənin başlanacağını bildirib. “Gətirilən vaksinlərin miqdarına görə növbəti 3 həftədə ölkədə virus əlehinə peyvənd aparılacaq və davam etdirilməsi üçün də əlavə vaksinlərin gətirilməsini gözləyirik”,-deyə, Mərkəz direktoru vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-628.html