Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinə dair sənəd qəbul edib
10.05.12 17:48

Qoşulmama Hərəkatının Misirdə keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyini bir daha təsdiqləyən yekun sənəd qəbul edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib."Yekun sənəd Qoşulmama Hərəkatının Əlaqələndirmə Şurası tərəfindən mayın 9-da qəbul edilib" - deyə E.Abdullayev deyib. Onun sözlərinə görə, sənədin bəndlərindən birində Dağlıq Qarabağ münaqişəsinin bütün regionda stabilliyə və təhlükəsizliyə təhlükə olduğu təsdiqlənir. “Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən münaqişənin beynəlxalq səviyyədə tanınan üç prinsip - danışıqlar yolu ilə, Azərbaycanın ərazi bütövlüyünə əməl olunmaqla və güc tətbiq edilmədən həll olunmasının vacibliyi təsdiqlənib" - deyə XİN rəsmisi vurğulayıb.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mayın 9-10-da Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində nazirlər səviyyəsində keçirilən iclasında iştirak edir.
URL / WWW
http://kelam.az/article/a-6276.html