Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ali Məhkəmənin sədri Qətərdə beynəlxalq hüquq forumda iştirak edib
11.05.12 03:48

Ali Məhkəmənin sədri Ramiz Rzayevin başçılıq etdiyi nümayəndə heyəti Qətərin paytaxtı Doha şəhərində “Dəyişikliklər dövründə qanunun aliliyinə qlobal etimadlılıq” mövzusuna həsr olunmuş  beynəlxalq hüquq forumunda iştirak edib.

Ali Məhkəmədən “KƏLAMİNFO”ya verilən məlumata görə, dünyanın 20 ölkəsinin 40-dan artıq məhkəmə sədri və hakiminin iştirak etdiyi forumda dünyada baş verən siyasi və iqtisadi dəyişikliklər fonunda insan hüquqlarının müdafiəsi sahəsində görülən və görüləcək işlərlə bağlı geniş məruzələr dinlənilib, diskussiyalar və təhlillər aparılıb.
Qətər Forumunda beynəlxalq hüququn müxtəlif aspektləri barədə  məruzələr dinlənilib. Xüsusilə, Qətər dövlətinin Baş naziri və eyni zamanda xarici işlər naziri Şeyx Hamad bin Jassim bin Jabr Al-Thaninin məruzəsi maraqla qarşılanıb. O, öz məruzəsində bütün dünyada, o cümlədən ərəb ölkələrində baş verən dəyişikliklərdən, beynəlxalq hüququn inkişafından, beynəlxalq məhkəmələrin rolu və nüfuzunun artmasından, həmçinin beynəlxalq hüququn fəaliyyətinin səmərəli nəticələrindən danışıb. Forumda məhkəmə hakimiyyətinin dövlət idarəçiliyində rolu, korrupsiya ilə mübarizə, insan hüquqlarına dair beynəlxalq normaların tətbiqi, qloballaşma, maliyyə böhranı və digər mövzular ətrafında müzakirələr olub.
Forumda beynəlxalq hüququn müxtəlif sistemləri arasında qarşılıqlı əlaqələrin böyük imkanlara malik olması qeyd edilmiş və məhkəmələr arasında dialoqa ehtiyac olması zərurəti vurğulanıb.
Ali Məhkəmənin sədri Ramiz Rzayev  Forum çərçivəsində  ayrı-ayrı ölkələrin məhkəmə sədrləri və hakimləri ilə bir sıra görüşlər keçirib, fəal diskussiyalara qatılıb. Bu görüşlər və diskussiyalar zamanı Azərbaycanda məhkəmə hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi ilə başlı tədbirlərin həyata keçirildiyini, məhkəmələrdə şəffaflığın və qanunun aliliyinin təmin edildiyini, insan  hüquq və azadlıqlarının  qorunması sahəsində görülən işləri diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-6274.html