Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: “Müxalifət mitinqlər keçirməklə heç nə əldə edə bilmir”
11.05.12 03:48

“Son zamanlar istirahət günləri mitinq keçirmək istəyənlərə üzümü tutub demək istəyirəm ki, bununla nə əldə etmək istəyirlər?!” “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

Ə.Əhmədov eyni zamanda qeyd edib ki, Azərbaycan Konstitusiyasında sərbəst toplaşmaq azadlığı, söz azadlığı mövcuddur, amma az qala hər həftənin istirahət günləri bir qrup müxalifət belə mitinqlər keçirməklə demək olar ki, heç nə əldə edə bilmir. Ə.Əhmıədov vurğulayıb ki, mitinqin mahiyyəti bundan ibarətdir ki, hansısa bir qrup insan, hansısa partiyalar nədənsə narazıdırlarsa bunu sivil qaydada yığışıb bir dəfə, iki dəfə ifadə edirlər. Amma təəssüf ki, hər həftənin sonu küçələrə yığışan bir qrup müxalifətçi təkrar-təkrar mitinq keçirməklə heç nə əldə edə bilmirlər. “Bunu biz də görürük və eyni zamanda bütün cəmiyyət də müşahidə edir. Buradan belə bir nəticə çıxarıram ki, müxalifətin yeganə məqsədi hər həftənin istirahət günləri küçələrə çıxaraq insanların istirahətini pozmaq, ölkədəki sabitliyi pozmağa cəhd etməkdir. Təəssüf ki, onların niyyəti budur və onlar bu niyyətlərinə çata bilməyəcəklər” deyən YAP rəsmisi xüsusilə vurğulayıb ki, bu yolda xalq onları dəstəkləməyək.
URL / WWW
http://kelam.az/article/a-6272.html