Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Türkiyə ali məktəblərində 517 azərbaycanlı dövlət xətti ilə təhsil alır
21.01.10 17:31

Hazırda Türkiyə ali məktəblərinin müxtəlif pillələrində 517 nəfər gənc azərbaycanlı dövlət xətti ilə təhsil alır. Onlardan 209-u bakalavr, 96-ı magistr, 117-i doktorantura, 95-i isə tibbdə uzmanlıq dərəcəsi üzrə təhsillərini davam etdirirlər. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı təhsil naziri Misir Mərdanov verib. M.Mərdanov bildirib ki, bu ölkədə öz hesabına təhsi alan azərbaycanlı tələbələrin sayı isə bundan bir neçə dəfə çoxdur. “Ümumiyyətlə 2007-ci ildən başlayaraq bir qrup azərbaycanlı tələbənin adı “2007-2015-ci illərdə Azərbaycan Gənclərinin xaric ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxil edilib. 2009-2010-cu tədris ilində isə sözügedən proqram çərçivəsində 75 nəfər xarici ölkələrə göndərilib. Onlardan 55 nəfəri tibbdə uzmanlıq dərəcəsi üzrə təhsil alır”,-deyə nazir vurğulayıb. Azərbaycanın 21 ali təhsil ocağında isə 4073 nəfər Türkiyə vətəndaşının təhsil aldığını xatırladan M.Mərdanov onlardan 139 nəfərinin dövlət xətti ilə təhsillərini Azərbaycanda davam etdirdiklərini söyləyib.
URL / WWW
http://kelam.az/article/a-627.html