Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Millət vəkilləri Əlcəzairdə seçkiləri izləyəcək
08.05.12 19:32

Milli Məclisin deputatları Mirkazım Kazımov və Xanhüseyn Kazımlı İslam Əməkdaşlığı Təşkilatının xətti ilə müşahidəçi qismində parlament seçkilərini izləmək üçün sabah Əlcəzair Xalq Demokratik Respublikasına səfərə yola düşəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
Deputatlar ölkə parlamentinin aşağı palatasına - Milli Xalq Assambleyasına mayın 12-də keçiriləcək seçkilərin gedişini Əlcəzair şəhərində izləyəcəklər. Onlar müxtəlif seçki məntəqələrində müşahidə aparacaq, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.
Səfər mayın 14-də başa çatacaq.
URL / WWW
http://kelam.az/article/a-6269.html