Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Microsoft” Azərbaycanda İT sahəsində yeni layihəyə start verib
08.05.12 19:32

“Microsoft” korporasiyası Azərbaycanda “Microsoft IT Academy” (“Microsoft”un İnformasiya Texnologiyaları Akademiyası) layihəsinə start verib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, şirkətin bu qlobal layihəsi çərçivəsində Azərbaycan Memarlıq və İnşaat Universitetində (AMİU) “Microsoft”un ilk tədris mərkəzi açılacaq.“Microsoft IT Academy” təlim modeli təhsil müəssisəsi daxilində İT sahəsində mütəxəssislərin hazırlığı üçün imkan yaradır. Təlimlər universitetin müəyyən etdiyi müddət və şərtlərə əsasən aparılacaq. Universitet tələbələri təlimləri başa vurduqdan sonra imtahan verib “Microsoft”un sənaye sertifikatlarını əldə edə biləcəklər.
Akademiya çərçivəsində dərslərin növbəti tədris ilindən başlanması planlaşdırılır. Bununla yanaşı, AMİU-nun tələbələri “Microsoft Virtual Academy” çərçivəsində pulsuz online təlim də keçə bilərlər. Bulud texnologiyaları əsasında yaradılan bu tədris sistemi tələbələrə online rejimdə əlavə təlimlər keçməyə və imtahan verərək sertifikat almağa imkan verir.
“Microsoft”un strateji planlarına İT akademiyaların Azərbaycanın İT fakültələri olan bütün ali təhsil müəssisələrində yaradılması daxildir.
URL / WWW
http://kelam.az/article/a-6266.html