Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Avstriya təmsilçiləri Azərbaycan mətbəxi ilə tanış olublar
08.05.12 19:32

Bakının ev sahibliyi edəcəyi 57-ci “Eurovision” Mahnı Müsabiqəsində Avstriyanı təmsil edəcək “Trackhittaz” qrupunun üzvləri Azərbaycana gəlməzdən əvvəl milli mətbəximizlə tanış olublar. “KƏLAMİNFO” müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, qrup Avstriyanın 1994-cü ildə “Eurovision” Mahnı Müsabiqəsindəki təmsilçisi Petra Freylə Vyanadakı Azərbaycan restoranında milli təamlarımızdan dadıb, hətta qəlyan da çəkib. Petra Frey “Trackhittaz” qrupunun ölkələrini gözəl təmsil edəcəklərinə inandığını deyərək, tamaşaçıları bu şoudan zövq almağa səsləyib.
Xatırladaq ki, “Trackchittaz” “Eurovision–2012”-də “Bakı Kristal Zalı”nda “Woki mit deim popo” mahnısını ifa edəcək. Hazırda onlar Bakı səhnəsindəki çıxışlarına hazırlaşırlar.
URL / WWW
http://kelam.az/article/a-6262.html