Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Müsahibələr » “İcmaların görüşü üçün cəhdlərimizi davam etdirəcəyik”
07.05.12 20:10

Bayram Səfərov: “Azərbaycan hələ də dünya birliyinin məsələni sülh yolu ilə həll etməkdə köməklik göstərməsinə ümid edir”

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov suallarımızı cavablandılrıb.

- Bayram müəllim, bu il Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından 20 il ötür və bununla bağlı Azərbaycan Prezidentinin sərəncamı ilə yanaşı, Milli Məclisin dünya birliyinə rəsmi müraciəti də oldu…

- Bu, bir daha, özü də yüksək səviyyədə Azərbaycanın ədalətli çağırışını ortaya qoydu. Yəni o deməkdir ki, bütün silahlı gücünə baxmayaraq, Azərbaycan hələ də dünya birliyinin məsələni sülh yolu ilə həll etməkdə köməklik göstərməsinə ümid edir. Bu çağırışla bəlkə dünya birliyində canlanma əmələ gələ, bəlkə indi yatmışlar oyana və Azərbaycanın bu haqlı, ədalətli tələbinə səs verə verələr. Həm ölkə başçısının Şuşanın işğalının 20 illiyi ilə bağlı verdiyi sərəncam, həm də bununla bağlı Milli Məclisin dünyaya müraciəti göstərir ki, Azərbaycan qətiyyətlə öz torpaqlarını tələb edir. Ermənistan özü də bundan nəticə çıxarmalı və işğalı dayandırmalı, torpaqları boşaltmalıdır.
Mən bir şuşalı kimi ölkə başçısına və deputatlarımıza buna görə minnətdaram. Bütün bunlar Şüşanın işğalının 20 illiyində bizə yeni ümidlər verdi...

- Yəqin ki, 20 illiklə bağlı sizin də hansısa planlarınız var?


- Xüsusilə Azərbaycan Prezidentinin məlum sərəncamı biz şuşalılara xüsusi bir stimul verdi. Həm icma, həm də Şuşa Şəhərinin İcra Hakimiyyəti olaraq bu sərəncama əsasən artıq bizim 20 illiklə bağlı tədbirlər planımız var. Demək olar ki, bunların həyata keçirilməsinə artıq start verilib. Artıq Bakı şəhərində olan rayon icra hakimiyyətləri, QHT-lərlə birgə təbirlər keçirmişik. Bundan başqa, mayın 4-dən 8-ə qədər bütün respublika üzrə təhsil müəssisələrində Şuşanın işğalı ilə bağlı seçmə fənn kimi xüsusi dərslər keçiriləcək. Bundan başqa, bildirdiyimiz kimi, şəhərin işğal günü böyük bir tədbir keçirərək bütün beynəlxalq təşkilatlara şuşalılar adından işğalın aradan qaldırılması ilə bağlı müraciət də ünvanlayacayıq.


- Ermənilər Şuşanın işğalı ərəfəsində şəhərdə parad keçirməyi planlaşdırırlar...


- Bu bizim üçün əhəmiyyəti olmayan bir hadisədir. Ermənilərin nəyi var ki nə də parad keçirsinlər?! Bir dövlət ki öz silahını ondan-bundan yalvarıb alır, onun düzəltdiyi qondarma respublika hansı silahla parad keçirəcək. Onlar sadəcə olaraq bunu etməklə acizliklərini nümayiş etdirirlər. Çünki bütün dünya bilir ki, Ermənistan kasıb və imkansız dövlətdir, onun yaratdığı qondarma respublika ondan da betərdir. O zaman parad məsələsini ortaya atmaqla gücləri çatmayan işdən yapışdıqlarını biruzə verirlər, acizliklərini göstərirlər. Ona görə də ermənilər nə qədər desələr də hansısa möhtəşəm parad keçirirlər, deməli, cəfəngiyatdan dəm vururlar...


- Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşləri neçə vaxtdır ki, aktual olsa da baş tutmur. Bununla bağlı məsələ nə yerdədir?


- Çünki ermənilər bunu istəmirlər. Üzdə buna müsbət yanaşsalar da, əsas məqsəddə görüşdən yayınırlar. Dəfələrlə edilən bu cəhdin baş tutmamasına səbəbkar ermənilər özləridir, daha doğrusu, separatçı rejimin özüdür. Amma buna baxmayaraq, biz mümkün hallarda yenə bu görüş üçün cəhdlərimizi davam etdirəcəyik.
URL / WWW
http://kelam.az/article/a-6257.html