Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsi həyata keçirilir
07.05.12 20:10

“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Mədəniyyətin təbliği və inkişafında gəncliyin rolu” layihəsini həyata keçirməyə başlayıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya İctimai Birlikdən veriblər.
Layihə çərçivəsində mədəniyyətin təbliğinə və müxtəlif istiqamətlər üzrə müzakirəsinə həsr olunacaq yeni sayt yaradılacaq. Həmçinin gənclərə mədəniyyətimizin təbliğində İKT vasitələrindən maksimum yaranmaq, onlara bu məqsədlə bloq yaratmaq, bloqçuluqdan istifadə yollarının öyrədilməsi planlaşdırılır. Bu çərçivədə təlimlər keçiriləcək. Təlimlər həm də mədəniyyətimizlə bağlı gənclərin dərindən bilgiləndirilməsinə həsr ediləcək. Bundan başqa layihə çərçivəsində mədəniyyət məsələlərinə həsr olunmuş, ekspertlərin fikir və təkliflərinin əks  olunduğu broşürün nəşri və onun QHT-lər, gənclər təşkilatları, müvafiq qurumlar arasında yayılması, eyni zamanda virtual məkanda yayılması planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-6255.html