Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Barak Obama bu gün rəsmi olaraq seçki kampaniyasına başlayır
08.05.12 02:10

ABŞ prezidenti Barak Obama rəsmi olaraq seçki kampaniyasına başlayıb. Prezident Obama xanımı Mişel ilə bərabər Ohayo və Virciniya ştatlarında keçirilən “Getməyə hazırıq” şüarı ilə keçirilən nümayişdə iştirak edib. Obama işsizlik və ləng iqtisadi inkişaf kimi problemlərin davam etdiyi bir zamanda ikinci dövr prezidentlik uğrunda mübarizə aparacaq.

“KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, prezidentliyə başlayan zaman mövcud olan və həlli uğrunda mübarizə apardığı iqtisadi problemlər onun birinci dövr prezidentlik rekordunun bir hissəsidir. Prezident özünün həftəlik müraciətində bildirib ki, “Böyük depressiya” dövründən başlayaraq davam edən ən ciddi iqtisadi böhrandan sonra iqtisadi inkişafın bərpası davam edən bir işdir. 2008-ci ildə keçirilən kampaniyadakı kimi Obama səsvermə prosesində elektron sosial media əməliyyatını tətbiq edəcəyi gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-6254.html