Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK-da növbəti elmi-metodiki seminar keçirilib
20.01.10 03:13

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) Kimya fənni üzrə növbəti elmi-metodiki seminar keçirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya TQDK-nın mətbuat xidmətindən veriblər. Seminarda yeni tipli test tapşırıqlarının müzakirəsi aparılıb. Seminar iclasında BDU-nun əməkdaşları, dosent Rakif Qasımov və Xamməd Əsədov hazırladıqları test tapşırıqlarını müzakirəyə təqdim ediblər. Hər bir tapşırıq məzmun, mürəkkəblik dərəcəsi və nominasiya baxımından təhlil edilib. Müzakirələr nəticəsində daha çox məntiqi təfəkkürə əsaslanan, kimyəvi hadisə və proseslərin mahiyyətinin açılmasına yönəlmiş, ümumiləşmə və izahat tipli tapşırıqların analoqlarının hazırlanıb test bankına verilməsi qərara alınıb. Növbəti seminar iclasında müzakirə davam etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-625.html