Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan və İqtisad universitetlərinin tələbələri olimpiada qalibi olublar
07.05.12 20:10

Azərbaycan Dövlət İqtisad Universitetində Bakı və respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərən 15 ali məktəbin tələbə və magistrantı arasında “Vergilər” mövzusunda 6-cı olimpiada keçirilib. Vergilər Nazirliyinin Analitik informasiya şöbəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, olimpiadada iştirak edən ali məktəblərdən 11-i dövlət (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Aqrar Universitet, Lənkəran Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Gəncə Texnologiya Universiteti, Kooperasiya İnstitutu, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Memarlıq və İnşaat Universiteti), 4-ü özəl (Azərbaycan Universiteti, Qərb Universiteti, Bakı Biznes Universiteti, Qafqaz Universiteti) olub. Olimpiada ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunub. Olimpiadada ali məktəblərin 200-dən yuxarı tələbə və magistrantı iştirak edib.Test üsulu ilə təşkil olunmuş olimpiada zamanı iştirakçılar 2 saat ərzində Vergilər Nazirliyinin Tədris Mərkəzində müvafiq test bazası əsasında hazırlanan sualları kompyuter vasitəsilə onlayn rejimdə cavablandırıblar. Hər bir tələbə üçün fərdi sual bazası tərtib olunub. Nəticələr iştirakçı ali məktəblərin təmsilçilərindən ibarət münsiflər heyətinin iştirakı ilə Tədris Mərkəzinin mütəxəssislərinin nəzarəti altında xüsusi kompyuter proqramları vasitəsilə qiymətləndirilib.
Olimpiadanın nəticələrinə əsasən Azərbaycan Universitetinin üç nəfər tələbəsi birinci üç yeri tutub. Azərbaycan Universitetinin müəllimi Tofiq Hümbətov isə tələbəsi I yer tutduğuna görə xüsusi mükafata layiq görülüb.
Magistrantlar arasında mükafat alanlar isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri olub. Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Ramiz Məhərrəmov da həmçinin magistrantı I yer tutduğuna görə xüsusi mükafata layiq görülüb.
URL / WWW
http://kelam.az/article/a-6248.html