Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Abel Məhərrəmov Məhəmməd İmanlının həbsinə münasibət bildirib
08.05.12 02:10

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov hüquq fakultəsinin sabiq dekan müavini Məhəmməd İmanlının həbsinə münasibət bildirib. "KƏLAMİNFO"nun məlumatına görə, A.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, o, ezamiyyətdən bu gün səhər gəlib və bu barədə səhər qəzetlərdən öyrənib: “Bu məsələ araşdırılacaq. Əgər cinayət işi törədilibsə, korrupsiya ilə bağlı faktlar varsa, hüquq-mühafizə orqanları bunu araşdıracaq. Amma qəzetdə dərc olunan beynəlxalq iqtisadi əlaqələr fakültəsi BDU-da yoxdur. Digər tərəfdən, biz ikinci ixtisasa adam qəbul edib-etməyəcəyik, bu, hələ məlum deyil. Bu məsələyə iyul ayında BDU-nun Elmi Şurasında baxılacaq. Bu kimi məsələlərlə bağlı dəqiqləşməyə ehtiyac var”.
Rektor deyib ki, bu məsələ xoşagələn hal deyil: “Amma hadisədir, olub. Onu araşdırmaq və tədbirlər həyata keçirmək lazımdır”.
URL / WWW
http://kelam.az/article/a-6243.html