Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vəfa Quluzadə: Rusiya təzyiqləri artıra bilər
08.05.12 02:10

“Danışıqlar zamanı Rusiya Qəbələ RLS-i ilə bağlı Azərbaycandan özünü qane edəcək cavab almasa, təzyiqləri artıra bilər. Amma inanmıram ki, Azərbaycan da bu vəziyyətin yaranmasına şərait yaratsın”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. O bu təzyiqlər sırasına bir neçə amilləri daxil edir.

“Məsələn, əgər razılıq əldə olunmasa Rusiya Azərbaycanı hədələyə bilər ki, İranla müharibə başlasa, Ermənistan Azərbaycan əleyhinə müharibəni davam etdirə bilər, yeni Azərbaycan torpaqlarını işğal edə bilər. Ona görə də Moskva Azərbaycanı dəvət edə bilər ki, Rusiyanın havadan müdafiə sisteminə razı olsun. Amma təbii ki, bunlar hamısı hələ versiyalardır”-deyə V.Quluzadə vurğulayıb.
Politoloq bu gün tez-tez “İran Azərbaycana zərbələr endirə bilər” ifadəsinin gündəmə gəlməsini xatırladaraq deyib ki, bu, Azərbaycan üçün, Azərbaycanın müstəqilliyi üçün təhlükəlidir. “Rusiyada bu təhlükədən Azərbaycanın sığortalanması amilindən istifadə etmək istəyi”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6242.html