Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Əli Abbasov: “Eurovision-2012” ilə bağlı işlər planlaşdırılan proqram üzrə həyata keçiriləcək
08.05.12 02:09

“Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı işlər planlaşdırılan proqram üzrə həyata keçiriləcək və telekommunikasiya, radio-televiziya verilişlərində, internetdə hər hansı problemlər olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Nazir bildirib ki,  müsabiqə ilə əlaqədar ən mürəkkəb sistem sayılan radio-televiziya sistemi artıq bu gün təhvil verilir. Bundan sonrakı günlər isə müəyyən və ya qeyri-müəyyən, gözlənilməyən problemlərin qarşısının almaq üçün testlərə başlanacaq: “İnternet tamamilə hazırdır və istifadəyə veriləcək. Həmçinin mobil operatorlar üzərinə düşən işləri artıq tamamlayıblar. “Eurovision-2012”-nin veb saytı öz normasında işləyir. Bundan sonra bizim əsas vəzifəmiz sistemin dayanıqlılığı və etibarlılığını, həmçinin baş verə biləcək müəyyən kiberhücum problemlərinin qarşısını almaq üçün tədbirlərin görülməsidir”.
URL / WWW
http://kelam.az/article/a-6241.html