Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan həm qanlı, həm də şanlı tarixini yad edir
20.01.10 03:11

Bu gün M.F.Axundov adına Milli Kitabxanada 20 Yanvar faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir keçirildi. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, 20 Yanvar xalqımızın yaddaşına həm qanlı, həm də şanlı səhifə kimi daxil olub. O qeyd etdi ki, 20 Yanvar faciəsində həlak olanlar azadlıq və müstəqilliyimiz uğurunda şəhid olublar. Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov isə bildirdi ki, bu faciədən nəticə çıxarılmalı və belə qanlı hadisələrin təkrarlanmasına yol verilməməlidir. Ombudsman Elmira Süleymanova tarixdə buna oxşar faciənin olmadığını söylədi. O, dövlətin öz vətəndaşını xüsusi qəddarlıqla qətlə yetirməsinin tarixdə görünməmiş hadisə adlandırdı. Tədbirdə iştirak edən millət vəkilləri Aqil Abbas, Həvva Məmmədova, Tahir Rzayev faciə ilə bağlı fikirlərini bildirdilər. Qeyd etdilər ki, 20 Yanvarda şəhid olanların sayı hələ də dəqiqləşdirilməyib. Onlar təklif etdilər ki, hansısa dövlət qurumu bütün şəhidlərimizin adlarını dəqiqləşdirməli və onu toplu halda çap etdirərək vətəndaşlarımız, eləcə də dünya ictimaiyyətinə çatdırılmalıdır. Qeyd edək ki, tədbirdə 20 Yanvar, Qarabağ və Xocalı ilə bağlı məlumatları özündə əks etdirən “Şəhidlər” adlı biblioqrafiyanın təqdimatı da oldu. Xatırladaq ki, biblioqrafiya 200 nüsxə ilə çap edilib.
URL / WWW
http://kelam.az/article/a-624.html