Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 62 yeni iş yeri açılıb
04.05.12 20:53

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-ci ilin I rübü ərzində 62 yeni iş yeri açılıb. “KƏLAMİNFO”ya nazirlikdən verilən məlumata görə, bu barədə qurumun birinci rübün yekunlarına həsr olunmuş iclasında bildirilib. Bu il aprelin 1-i tarixə RİTN-in birlik və müəssisələrində çalışan rabitəçilərin orta aylıq əməkhaqqı 310,2 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 % çoxdur. Ölkə üzrə telekommunikasiya sektorunda orta aylıq əməkhaqqı 647.2 manat, poçt sektorunda isə 208.4 manat təşkil edib. Məlumat üçün bildiririk ki, hazırda respublika üzrə orta aylıq əməkhaqqı 368,5 manat təşkil edir.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sektorda effektiv dövlət siyasətini həyata keçirməklə yanaşı, tabeçiliyində olan birlik və müəssisələrin davamlı inkişafına da xüsusi diqqət yetirir. Belə ki, 2012-ci ilin I rübü ərzində RİTN-in strukturuna daxil olan birlik və müəssisələr üzrə 76.4 mln. manat proqnoza qarşı 81.9 mln. manat gəlir əldə edilib ki, bu da proqnozla müqayisədə 7,2%, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 18% çoxdur.
URL / WWW
http://kelam.az/article/a-6236.html