Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » BDYPİ “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar sürücülərə müraciət edib
05.05.12 02:53

Respublika Baş Dövlət Yol Polisi İdarəsi “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar sürücülərə müraciət edib. Bu barədə “KƏLAMİNFO”ya idarədən məlumat verilib. Məlumatda qeyd edilir ki, bu ay Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxt küçələrində yarana biləcək avtomobil sıxlığını nəzərə alaraq istər rayonlardan Bakıya gələn, istərsə də Bakıda qeydiyyatda olan avtomobil sahibləri şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər. Həmçinin müsabiqə ilə əlaqədar yük avtomobillərinin paytaxtda girişinə məhdudiyyət qoyulacaq. Bunun üçün hüquqi şəxslərə müraciət edilib. Müraciətdə hüquqi şəxslərdən mayın 8-dən sonunadək yük avtomobillərinin Bakıya girişinin maksimum səviyyədə məhdudlaşdırılması ilə bağlı tədbirlər görmələri xahiş olunub.
URL / WWW
http://kelam.az/article/a-6234.html