Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq
05.05.12 01:53

Azərbaycanda “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasında üçüncü oxunuşda müzakirə olunacaq. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirələr aparılıb. Layihə barədə məlumat verən komitə sədri Əli Hüseynli bildirib ki, qanunun ikinci oxunuşda qəbul olunduqdan bəri ötən dövr ərzində sənədin beynəlxalq standartlara uyğunlaşdırılması üçün məsləhətləşmələr aparılıb. “Beynəlxalq standartların tətbiqi icra orqanlarına əlavə vəsaitlər, kadrlar tələb etsə də, Ədliyyə və Daxili İşlər nazirlikləri verilən təkliflərə çox konstruktiv mövqe nümayiş etidriblər” - deyə Ə.Hüseynli vurğulayıb. Qeyd edək ki, layihədə həbs yerlərində saxlanılan şəxslərin hüquqi vəziyyəti, həbs yerlərində rejim və onun təmin edilməsi əsasları müəyyən edilib. Qanunda qeyd olunur ki, qadınlar 3 yaşınadək uşaqları öz yanlarında saxlaya bilərlər. Hamilə və ya yanında 3 yaşınadək uşaq olan qadınlar üçün yaxşılaşdırılmış maddi-məişət şəraiti yaradılır, onlar xüsusi tibbi yardım və yeməyin xüsusi normaları ilə təmin edilirlər. Gəzinti müddəti həmin qadınlar üçün normadan 2 saatadək uzadılır. Qanunda eyni zamanda qeyd olunur ki, həbs olunmuş şəxslər həbs yerində qəbul edildikdən qabaq 24 saat ərzində müayinədən keçirirlər və nəticəsi ilə bağlı qeydiyyat aparılır. Qanuna görə dini ayinlərin yerinə yetirilməsi üçün həbs yerlərində müvafiq şərait yaradılır. Din xadimlərinin iştirakı ilə dini ayinlər həyata keçirilə bilər. Müzakirələrdən sonra layihə üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-6233.html