Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: “Almaniya səfirinin bəyanatında ədalət mövcud deyil”
04.05.12 03:16

“Almaniya səfirinin bəyanatında hər hansı ədalət mövcud deyil”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib Onun fikrincə, Almaniyanın bır sıra mətbuat orqanları Azərbaycana qarşı qərəzli mövqelərini gizlətmirlər. Bu və ya digər bəhanələrlə Azərbaycandakı prosesləri ciddi şəkildə təhrif edir, bu təhriflər əsasında kampaniya aparırlar. “Azərbaycanın da bır sıra mətbuat orqanları alman mediasına Azərbaycana qarşı apardıqları kampaniyaya cavab verirlər. Hesab edirəm ki, iki ölkənin müstəqil mətbuatı arasında gedən bu mübarizəyə Almaniya səfirinin müdaxiləsinə ehtiyac yox idi. Açığını deyim, düşünürdüm ki, Almaniya səfirliyi bu məsələlərin fövqündə dayanan bir mövqe nümayiş etdirəcək. Amma təəssüf hissi ilə bildirirəm ki, Almaniya səfirliyi tərəflərinin birinin mövqeyini tutub və bununla da həmin ölkənin mediasının apardığı qeyri-obyektiv kampaniyaya qoşulmuş oldu” - deyə Ə.Əhmədov əlavə edib. YAP sədr müavini bu məsələyə Almaniyanın rəsmi hökumət mövqeyini əks etdirən bir insanın qatılmasını yersiz hesab edir.
URL / WWW
http://kelam.az/article/a-6229.html