Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan BMT TŞ-yə rəhbərlik edərək Dağlıq Qarabağ məsələsini qaldıra bilməz
04.05.12 03:26

“Azərbaycanın BMT-nin Təhlükəsiz Şurasına qeyri-daimi üzv olması tarixi bir qələbədir. Bu, Azərbaycanın dünya birliyində kifayət qədər böyük bir mövqeyə sahib olmasından xəbər verir”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın indi bu quruma rəhbərlik etməsi də Azərbaycanın dünya birliyində rolunun və mövqeyinin artmasından xəbər verir. Ə.Əhmədov qeyd edib ki, Azərbaycan birbaşa bu quruma rəhbərlik edərək Dağlıq Qarabağla bağlı məsələni qaldıra bilməz. Buna baxmayaraq, Azərbaycanın dünya birliyində mövqeyinin artması bütövlükdə Dağlıq Qarabağ məsələnin ədalətli şəkildə həll olunmasında öz müsbət təsirini göstərir. “İndi artıq dünya bu həqiqəti və Azərbaycanın pozulmuş hüquqlarını dərk edir. Bu ədalətsizliyin dərk edilməsi də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha ciddi addımların atılması üçün əhəmiyyətlidir. Güman edirəm ki, Azərbaycan dünya birliyində ədalətli bir dövlət olduğunu, dünyada haqqın-ədalətin tərəfində durduğunu, bugünkü dünyanın çağırışlarına cavab verən bir ölkə olduğunu sübut edəcək. Eyni zamanda, dünyanı Dağlıq Qarabağ ilə bağlı Azərbaycana yönəlmiş ədalətsizliyə qarşı cəsarətli və təsirli addımlar atmasına səfərbər etmiş olacaq”.
URL / WWW
http://kelam.az/article/a-6228.html