Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Misirdə aksiyaçılara hücum olub, azı 5 adam ölüb
03.05.12 15:00

Qahirədə Müdafiə Nazirliyinin binası yaxınlığında keçirilən etiraz aksiyası iştirakçılarına hücum olub. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, azı 5 adam ölüb, 50-dən çox adam yaralanıb. Bu haqda yerli fəallar və tibb işçiləri məlumat verib. Aksiya iştirakçılarının çoxu seçkilərdə iştirakı qadağan edilmiş sələfi namizəd Hazim abu İsmayılın tərəfdarları olub. Misirdə Hüsnü Mübarəkin devrilməsindən sonra ilk dəfə olaraq prezident seçkisi keçiriləcək. Prezidentlik uğrunda 13 namizəd mübarizə aparacaq. Seçki mayın 23-24-də olacaq. İlk mərhələdə namizədlər 50 faizdən çox səs toplaya bilməsə, iyunun 16-17-də seçkinin ikinci mərhələsi keçiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6225.html