Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ali Məhkəmənin hakimi Şahmurad Hidayev təqaüdə yola salınıb
03.05.12 15:00

Ali Məhkəmədə hakim Şahmurad Hidayevin anadan olmasının 70 illik yubileyi və təqaüdə yola salınması ilə bağlı mərasim keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Ali Məhkəmədən veriblər. Mərasimi giriş sözü ilə Ali Məhkəmənin sədri Ramiz Rzayev açıb. O qeyd edib ki, Şahmurad Hidayevin ömür yolu məsuliyyətli və şərəfli olub. O, 39 ildir ki, hakim adını ləyaqətlə daşıyır. Şahmurad Hidayev həm sovet dönəmində, həm də Azərbaycanın müstəqillik dövründə fəaliyyət göstərib. Onun əməyi həmişə təqdirəlayiq hesab edilib və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 1986-cı ildə “Şərəf nişanı” ordeni ilə təltif edilib, 2008-ci ildə “Azərbaycan Respublikasının Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb. Mərasimdə Ali Məhkəmənin hakimləri – Əsəd Mirzəliyev, Bağır Əsədov və İlqar Dadaşov çıxış edərək yubilyarı təbrik edib, ona xoş arzularını bildiriblər. Sonda təqaüdə yola salınan yubilyar Şahmurad Hidayev gənc hakimlərə məsləhət və tövsiyələrini verib, əməyinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə dövlətə və Ali Məhkəmənin kollektivinə minnətdarlığını bildirib.
URL / WWW
http://kelam.az/article/a-6221.html