Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyində Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib
04.05.12 00:58

Bu gün Təhsil Nazirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə bağlı tədbir keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Xalq artisti, rejissor Vaqif Mustafayevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi sənədli film nümayiş olunub. Çıxış edən təhsil naziri Misir Mərdanov ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı xidmətlərindən danışıb. Bu sahəyə dövlətin daim dəstəyinin olduğunu diqqətə çatdıran M.Mərdanov Azərbaycanın təhsili ilə bərabər digər sahələrinin də inkişaf etdiyini vurğulayıb. Nazir bildirib ki, filmdə Heydər Əliyev haqqında həqiqətlər çox yüksək səviyyədə göstərilib. Onun sözlərinə görə, filmləri seyr edənlər ümummilli liderin həyat və fəaliyyəti haqqında daha dərin məlumatlar əldə edəcəklər. M.Mərdanov onu da qeyd edib ki, Vaqif Mustafayevin filmlərinin təhsil müəssisələrində yayılması nəzərdə tutulub. Bu işi nazirlik öz üzərinə götürüb. Nazir vurğulayıb ki, belə filmlərin tirajının çoxaldılması vacibdir: “Bu filmlərin tirajı daha da çoxaldılmalıdır. Məktəblərə, universitetlərə və kitabxanalara yayılmalıdır. Bütün bunlar isə məktəblilərin, tələbələrin Heydər Əliyev irsini daha çox öyrənməsində böyük rol oynayacaq”.
URL / WWW
http://kelam.az/article/a-6219.html