Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » İsrail 57 yaşlı “Eurovision”da 40-cı dəfə iştirak etməsini xüsusi qeyd edib
02.05.12 20:17

Qüdsdə İsrailin “Eurovision” Mahnı Müsabiqəsi üzrə milli yayımçısı “İBA” telekanalının Avropa Yayımları Birliyinə (EBU) üzvlüyünün 40 illiyinə həsr olunan xüsusi konsert keçirilib. “KƏLAMİNFO” Eurovision.az saytına istinadən xəbər verir ki, tədbir Qüds Teatrında keçirilib. Xatırladaq ki, 1998-ci ildə “Eurovision” Mahnı Müsabiqəsi məhz bu məkanda keçirilib. Tədbir “Eurovision” Mahnı Müsabiqəsinin himninin səsləndirilməsi ilə başlayıb. Yubiley tədbirində ölkənin opera müğənniləri, həmçinin İsrailin müxtəlif illərdəki “Eurovision” təmsilçiləri - Ilanit (1973), Izhar Cohen (1978), Dana International (1998, 2011) çıxış edib. Müxtəlif illərdə İsraili bu müsabiqədə təmsil edən iştirakçılar “Eurovision” səhnəsində ifa olunan mahnıları səsləndiriblər. Konsertdə “Eurovision” mahnıları ölkənin vokalçılarının ifasında klassik üslubda səslənib. Tədbirin sonunda bütün iştirakçılar “Halleljah of Galy Atary” mahnısını birgə ifa ediblər. Qeyd edək ki, İsrail “Eurovision” Mahnı Müsabiqəsində 40 il təmsilçiliyi ərzində üç dəfə qalib olub.
URL / WWW
http://kelam.az/article/a-6218.html