Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Serbiya təmsilçisi eşitmə və danışma qabiliyyəti olmayan insanları da düşünür
03.05.12 02:17

Serbiyanı Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci “Eurovision” Mahnı Müsabiqəsində təmsil edəcək bəstəkar və müğənni Zeljko Yoksimoviç “Nije lyubav stvar” adlı müsabiqə mahnısının yeni rəsmi videosunun çəkilişlərinə başlayıb. “KƏLAMİNFO” eurovision.az saytın istinadən xəbər verir ki, Serbiya təmsilçisi mahnının simfonik və instrumental versiyalarından sonra onun daha orijinal formasını təqdim edəcək. Bu dəfə Zeljko Yoksimoviç jestlərin dili ilə danışacaq. O, mahnının yeni versiyasını eşitmə və danışma qabiliyyətindən məhrum olan insanlar üçün işləyir. Mahnının mətnini 2011-ci ildə “Mənim istedadım var” yarışmasının qalibi Nenad Mahmutoviç jestlərin dili ilə çatdıracaq. Mahnının rəsmi videosu yaxın vaxtlarda nümayiş etdiriləcək.
URL / WWW
http://kelam.az/article/a-6217.html