Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Sarkozi: “Bizim heç bir düşmənimiz və ya rəqibimiz yoxdur”
03.05.12 02:17

Fransada prezidentliyə namizəd Nikola Sarkozi Parisdə mitinq keçirib. O bildirib ki, insanların bir araya gələrək nümayiş keçirməsi kiməsə qarşı etiraz aksiyası kimi anlaşılmamalıdır. “KƏLAMİNFO” “Lenta.ru”ya istinadən xəbər verir ki, Sarkozinin sözlərinə görə, nə onun, nə də tərəfdarlarını düşməni yoxdur. “Bütün Fransa xalqı birləşməli, həmrəy olmalıdır. Fransa dövləti zəifləyərsə, ölkənin gələcək rifahı, işçilərin işlə təminatı üçün heç bir zəmanət olmayacaq. Odur ki, güvəndiyiniz işçiyə xidmət edin. Bizim heç bir düşmənimiz və ya rəqibimiz yoxdur. Qəlbimizdə vahid Fransa var. 3 gündən sonra hər kəs anlayacaq ki, onlar əslində hər hansı bir namizədə deyil, öz gələcəklərinə, uşaqlarının və ölkənin gələcəyinə səs verirlər. Yaşasın respublika, yaşasın Fransa” - deyə Sarkozi fikrini ifadə edib.
URL / WWW
http://kelam.az/article/a-6215.html