Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Facebook” donor orqanlarının çatışmazlığını həll edəcək
03.05.12 02:17

“Facebook” sosial şəbəkəsi donor orqanlarının çatışmazlığı problemini həll etmək niyyətindədir. Bundan sonra sosial şəbəkənin istifadəçiləri öz səhifələrində özlərinin donor olduqları barədə məlumatları yerləşdirə bilərlər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı şəbəkənin rəhbəri Mark Çukerberq bildirib. «Biz bunu çox sadə formada etmək istəyirik. Siz sadəcə, yaşadığınız ştat və yaxud ölkəni göstərəcəksiniz və biz sizi müvafiq qeydiyyat strukturlarına göndərə bilərik» - deyə o, “ABC” telekanalına müsahibəsində bildirib. O, etiraf edib ki, donorluğu təbliğ etmək ideyası onda “Apple” kompaniyasının keçmiş rəhbəri Stiv Cobbsla söhbətdən sonra gəlib. Həmin şəxsin ölümünə iki il qalmış qaraciyərinin köçürülməsi əməliyyat edilib. “Facebook” aksiyasına «Həyat bəxş et» QHT-si də qoşulub. Nümayəndələrin sözlərinə görə, hazırda 112 min amerikalı donor orqanlarını gözləyirlər. Onlardan gündə 18-i əməliyyat olunmadan ölür.
URL / WWW
http://kelam.az/article/a-6212.html