Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » ADU rektoru avstriyalı jurnalistlərlə görüşüb
02.05.12 20:17

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, millət vəkili, professor Səməd Seyidov Avstriyadan olan bir qrup jurnalistlə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun mətbuat xidmətindən veriblər. Görüşdə S.Seyidov Avstriya Mətbuat Agentliyinin nümayəndəsi Viola Bauerin rəhbərlik etdiyi qrupa universitet haqda məlumat verib. O, Azərbaycanın Bolonya prosesinə qoşulduqdan sonra digər universitetlərdə olduğu kimi, ADU-da da əsaslı işlər aparıldığını bildirib. Qonaqlara ADU-nun ERASMUS MUNDUS proqramlarında iştirak etdiyini bildirən professor S.Seyidov universitetin bir qrup tələbəsinin bu proqramın növbəti mərhələsində iştirak etmək üçün ötən ay Tbilisiyə yola düşdüklərini qeyd edib.O, ADU-nun ABŞ, Avropa və Asiya universitetləri ilə əməkdaşlığından bəhs edib, universitetdə 15-ə yaxın müxtəlif dil və mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini söyləyib. S.Seyidov Azərbaycanın regionda aparıcı rolu, “Avroviziya” mahnı müsabiqəsinə ev sahibliyi və 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarını qəbul etmək istəyindən bəhs edib. Qonaqlar ADU-da fəaliyyət göstərən Avstriya mərkəzi ilə tanış olublar.
URL / WWW
http://kelam.az/article/a-6210.html