Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » İki kollec Təhsil Nazirliyinin tabeliyindən çıxarılıb
03.05.12 02:17

Azərbaycan Təhsil Nazirliyinin Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kolleci Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. “KƏLAMİNFO” xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti qərar qəbul edib. Qərar "Azərbaycan Respublikasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı"nın 7.11-ci bəndinə əsasən və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin təklifi nəzərə alınaraq qəbul edilib. Qərara əsasən, "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın "Orta ixtisas təhsili müəssisələri" bölməsinin 7-ci və 8-ci hissələri ləğv edilib.
URL / WWW
http://kelam.az/article/a-6209.html