Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparacaq
03.05.12 01:17

Azərbaycan və Belarusun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məqsədi ilə cari ilin 3-5 may tarixlərində xarici işlər nazirinin müavini Xələf Xələfovun Minskə səfəri nəzərdə tutulub. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində nazir müavini X.Xələfovun Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko, Belarusun xarici işlər naziri Sergey Martınov və xarici işlər nazirinin müavini İqor Petreşenko ilə görüşləri planlaşdırılır. Görüşlər zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-6208.html