Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Corc Vaşinqton Universitetində Cənubi Qafqazda münaqişələrin həlli yolları müzakirə edilib
03.05.12 02:17

San Luis şəhərinin Corc Vaşinqton Universitetində Cənubi Qafqazda münaqişələrin həlli yolları müzakirə edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər. ABŞ-ın Missuri ştatının San Luis şəhərində yerləşən Corc Vaşinqton Universitetində Cənubi Qafqaz regionundakı münaqişələr və onların həlli yolları mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Corc Vaşinqton Universitetinin Yeni Sosial Elmlər Mərkəzi, Beynəlxalq və Regional Araşdırmalar Proqramı, Avrasiya Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Professor Ceyms Vertşin moderatorluq etdiyi konfransda SAM-ın araşdırmaçısı Rauf Qaragözov, Gürcüstanın İvan Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin Humanitar məsələlər fakültəsinin professoru, UNESCO-nun Mədəniyyətlərarası Dialoq Komitəsinin sədri Nino Çikovani və Yerevandakı Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan çıxış edib. Konfransda Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.Konfrans iştirakçıları Cənubi Qafqaz regionunun gələcək inkişafı və beynəlxalq sistemə inteqrasiyasının təmini üçün regiondakı mövcud münaqişələrin, ilk növbədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacib olduğunu bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-6207.html