Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycan 27 ölkə ilə hərbi sahədə müqavilələr imzalamağa hazırlaşır
02.05.12 20:16

Azərbaycan 27 ölkə ilə hərbi sahədə ikitərəfli və çoxtərəfli əməkdaşlığa dair müqavilələr imzalamağa hazırlaşır. “KƏLAMİNFO” Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bu günədək Azərbaycan dünyanın 29 ölkəsi ilə hərbi əlaqələrin normativ-hüquqi bazasını təşkil edən saziş və memorandumlar imzalayıb. Hazırda 27 ölkə ilə analoji sənədlərin imzalanması müzakirə edilir. İkitərəfli hərbi əməkdaşlıq üzrə il ərzində Azərbaycanda və xarici ölkələrdə orta hesabla 300-400 müxtəlif dil və ixtisas kursları, işçi görüşləri, seminarlar, konfranslar, tanışlıq səfərləri, qərargah danışıqları, məsləhətləşmələr və digər tədbirlər planlaşdırılaraq həyata keçirilir. Bu tədbirlərə hər il Silahlı Qüvvələrin 1500-dək nümayəndəsi qatılır.
URL / WWW
http://kelam.az/article/a-6206.html