Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gündən BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib
01.05.12 21:43

Bu gündən etibarən BMT Təhlükəsizlik Şurasına sədrlik Azərbaycana keçib. “KƏLAMİNFO” xəbər verir ki, may ayında BMT Təhlükəsizlik Şurasının əsas müzakirə mövzuları Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması olacaq. Mayda BMT TƏhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclasının keçiriləcəyi gözlənilir, iclasda Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır. Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev BMT radiosuna müsahibəsində bildirib ki, may ayı üçün Təhlükəsizlik Şurasının proqramı tam razılaşdırılmayıb, bununla belə əsas diqqətin Yaxın Şərq problemi, nüvə silahının yayılmasının qarşısını almaq, beynəlxalq terrorçuluğa qarşı mübarizə, Balkanlarda vəziyyət və Suriya böhranının nizamlanması üzərinə salınacağı şəksizdir. Aqşin Mehdiyevin sözlərinə görə, Azərbaycan üçün BMT Təhlükəsizlik Şurasına üzv olmaq və quruma sədrlik etmək böyük əhəmiyyət kəsb edir. Azərbaycan BMT TŞ-də beynəlxalq terrorçuluğa qarşı mübarizə mövzusu ilə əlaqədar xüsusi diskussiyalar keçirmək niyyətindədir. İclasa Azərbaycan prezidentinin sədrlik edəcəyi gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-6205.html