Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Adil Qəribov: Şiferlərin dəyişdirilməsi həm elmi, həm də daha çox siyasi məsələdir
01.05.12 21:43

“Dam örtükləri üçün istifadə edilən şifer materiallarının tərkibində fezantil asbeslərindən istifadə edilir. Onların antiqnol asbestlərinə nisbətən tozları az olur. O tozların insan orqanizmində qalma müddəti azdır, amma hər ikisi insan orqanizminə düşür və ən az 3 həftə qalır. Antiqnol isə 400-500 günə qədər insan orqanizmində qalır. Nəticədə hamısı bir xəstəlik verir və bu da ağciyər xərçəngidir. Ola bilsin ki, bu toz başqa xəstəliklər də törədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov son vaxtlar yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən söyləyib. A.Qəribov deyib ki, dünya elmi mərkəzləri, o cümlədən Beynəlxalq Əmək Təşkilatının verdiyi 162 saylı qərara əsasən, bu tipli örtüklərin istifadəsinə Avropada qadağa qoyulub: “Biz də Avropaya inteqrasiya edirik və bu məsələdə biz Avropa İttifaqının qərarına öz münasibətimizi bildirməliyik. Güman edirəm ki, Azərbaycan dövlətinin bunu dəyişdirmək üçün atdığı hər hansı bir addım düzgündür” deyən A.Qəribov əlavə edib ki, həm şifer, həm də kirəmitdə heç bir radiasiya yoxdur. A.Qəribov eyni zamanda bildirib ki, kərpicdə də həmin proses var: ”Ancaq kərpiclər istifadə olunmazdan əvvəl radioaktivlik üzrə sertifikat alır. Ona görə də heç bir qorxu yoxdur. Əgər ənənəvi tarixi kirəmitlər sintez olunaraq alınarsa onlar dam örtüklərində istifadə edilə bilər”-deyən A.Qəribov bu məsələ ilə bağlı ilk müzakirələrdə rəhbərlik etdiyi qurumun da iştirak etdiyini açıqlayıb: “Xüsusən də bu məsələ ilə bağlı mənim mütəxəssis kimi fikrimi soruşurlar. Mən yenə də mütəxəssis kimi deyirəm ki, radioaktivlik baxımından şifer və kirəmitin, kərpicin heç bir qorxusu yoxdur. Onlar hamısı yoxlanılır və lisenziya alır”. A.Qəribov vurğulayıb ki, şifer həm elmi, həm də daha çox siyasi məsələdir: “Yəni Avropa İttifaqının verdiyi qərardır. Dünyada asbesləri bir neçə ölkə, o cümlədən Rusiya, Ukrayna, Kanada və başqa ölkələr istehsal edir. Onlar çox istəyərdilər ki, o istehsal qalsın, amma bu məsələ istəkdən asılı deyil”. İnstitut direktorunun sözlərinə görə, ola bilsin həmin məhsulun başqa təsirləri də var: “Hər halda bunun da qarşısının alınmasına cəhd olunursa, deməli, Azərbaycanın iqtisadi imkanı var və dövlət öz xalqının sağlamlığını düşünür” deyən A.Qəribov hər iki materialın keyfiyyət göstəricisinə də münasibət bildirib. O qeyd edib ki, kirəmit 200 ildən artıq keyfiyyətini saxlaya bilir: “Amma 60 ildən o tərəfə qalan şifer görmürəm. Qalanlar da hamısı erroziyaya uğrayıb və onların tozları ətraf mühitə çox sürətlə yayılır. Ona görə də bu məsələdə də bir az ehtiyatlı olmaq lazımdır”.
URL / WWW
http://kelam.az/article/a-6203.html