Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Oqtay Əsədov: “İnsan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər”
01.05.12 21:43

Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov AŞPA-nın yaz sessiyası barədə məlumat vermək üçün Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova söz verib. S.Seyidov qeyd edib ki, qurumun Azərbaycan üzrə məruzəçisi Kristofor Ştrasserin hesabatı dəyişdirilib və Azərbaycanda siyasi məhbus məsələsi adı altında təqdim olunub. “Bu gün insan hüquqları ilə bağlı problem tək Azərbaycanda yox, qonşu ölkələrdə də mövcuddur. Əgər insan hüquqları araşdırılsa, tək Azərbaycanda yox, bütün ölkələrdə araşdırılmalıdır. Biz K.Ştrasserə də müraciət etdik ki, buyursun Azərbaycana gəlsin və bütün məsələləri açıq müzakirə edək. Təəssüf ki, AŞPA-dakı görüşümüzdə o bizə dedi ki, Azərbaycana gəlib yalnız siyasi məhbus məsələsini araşdıracaq. Bundan başqa, bu gün Ermənistanda əsgərlikdən imtina edənlər həbsdədirlər. Niyə bunlar araşdırılmır? Ancaq Azərbaycan hədəf kimi seçilə bilməz” - deyə o əlavə edib. O.Əsədov isə mövzuya münasibət bildirərək deyib ki, K.Ştrasser çağırış edib ki, Ukraynada keçirilən futbol üzrə Avropa çempionatı, Belarusda keçiriləcək xokkey üzrə dünya çempionatında bəzi rəhbərlər iştirak etməyəcəklər və Azərbaycanda keçirilən “Eurovision”un da boykot olunmasını istəyib. “Bu onun səviyyəsini və Azərbaycana qarşı qərəzli yanaşmasını göstərir. Eyni zamanda, Almaniyadan gələn ombudsman da Azərbaycana qərəzlə yanaşır və Azərbaycanda “Eurovision”un boykotuna çağırır. Onlar yüz minlərlə, milyonlarla insanın hüquqlarını pozurlar, bir milyona yaxın qaçqının problem barədə bir kəlmə də danışmırlar. Onlar insan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər. Bu, hamıya məlumdur. Hər bir savadlı insan bilir ki, bunların kökündə nə dayanır” - deyə o əlavə edib. Qeyd edək ki, Milli Məclisin bugünkü gündəliyində Şuşa şəhərinin işğalının 20 illiyi haqqında məsələ, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişikliklər, Mülki Prosessual Məcəlləyə dəyişikliklər, “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklər, Vergi Məcəlləsinə dəyişikliklər və yeni “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi müzakirə olunacaq.
URL / WWW
http://kelam.az/article/a-6202.html