Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ziyafət Əsgərov: Ştrasserin Azərbaycan əleyhinə dediyi fikirlər cəfəngdir
02.05.12 02:43

“AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasser adi bir fərddir, vətəndaşdır. O, nə Almaniyanın maraqlarını ifadə edir, nə də alman xalqının və nə də Avropa Şurasının”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. O qeyd edib ki, K.Ştrasserin Azərbaycan əleyhinə, Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsinin əleyhinə dediyi fikirlər cəfəngdir. “Hamı əmin olsun ki, bu mahnı müsabiqəsi Bakıda yüksək səviyyədə keçiriləcək və buna heç kimin şübhəsi olmasın” - deyə Z.Əsgərov vurğulayıb. Vitse-spiker deyir ki, kimlərsə istəyir bəzi şəxsi məsələlərini gətirib Azərbaycanda şou yaratsın və yaxud özlərini digər dövlətlərin diqqətinə çatdırsın. “Bütün bunlar tamamilə mənasızdır, onların bu yersiz cəhdləri baş tutmayacaq” - deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6201.html