Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bahar Muradova: “Dünyanın ikili standartlarına dözmək olmur”
02.05.12 02:43

“Artıq 20 ildir biz Şuşasızıq, Qarabağsızıq, bu məsələyə münasibətdə dünyanın ikili standartlarına dözmək olmur və bu standartlar təəssüf ki dəyişmir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında Şuşanın işğalının 20 illiyi ilə bağlı müzakirələr zamanı vitse-spiker Bahar Muradova bildirib. B.Muradova deyir ki, Azərbaycan və Ermənistana bu məsələdə fərqli münasibətlər mövcuddur. “Azərbaycan xalqının pozulmuş haqları beynəlxalq qurumlar tərəfindən görməzliyə alınır. Bu gün dünya görmək istəmir ki, Ermənistanda uşaq və qadın qatilləri hakimiyyətə gəliblər. Mən bütün bunları rəsmi şəxs kimi yox, köçkün kimi deyirəm” - deyə B.Muradova vurğulayıb. O deyib ki, bölgədə sabitliyi təmin etmək üçün beynəlxalq təşkilatlar işğalçılığa hüquqi qiymət verməlidir. “Azərbaycan öz problemlərini öz iqtidarı ilə həll edir və bu, bir sıra qüvvələri qane etmir. Bu gün Azərbaycanın hərbi sahədə güclənməsi öz torpaqlarını qaytarmağa yönəlir. Beynəlxalq təşkilatlar, xüsusən BMT Dağlıq Qarabağ məsələsi ilə bağlı yeni qərarlar qəbul etməlidir. Vaxtilə işğalla bağlı qətnamə qəbul edilib, lakin torpaqların qaytarılması mexanizmi yoxdur” - deyə o əlavə edib. Spiker Oqtay Əsədov söz alaraq yeni qərarlara ehtiyac olmadığını və mövcud qəbul edilmiş qərarların icrasının vacibliyini vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-6200.html