Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » İnformatika üzrə Ümumrespublika Olimpiadasının qalibləri müəyyənləşib
30.04.12 13:30

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib. RİTN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, 7-ci dəfə keçirilən Olimpiadanın ilk mərhələsində respublikanın 15 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib. Finala 4 ali təhsil müəssisəsindən 12 komanda vəsiqə qazanıb.İTİ-də təşkil olunmuş final mərhələsində Qafqaz Universitetinin “Qafqaz Programmers” komandası 1-ci yerə, Bakı Dövlət Universitetinin “Norbert” komandası 2-ci yerə, Qafqaz Universitetinin “Baku Qafqaz U4” və “Baku Qafqaz U7” komandaları isə müvafiq olaraq 3-cü və 4-cü yerə layiq görülüblər. Qaliblər RİTN tərəfindən təşkil ediləcək 17 may - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan tədbirdə Olimpiadanın sponsorlarının (“Azerfon” və “BestComp Group” şirkətlərinin) təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
URL / WWW
http://kelam.az/article/a-6195.html