Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan və Türkiyə mediası arasında əlaqələrin gücləndirilməsi müzakirə edilib
01.05.12 14:28

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Türkiyə Mətbuat Şurası dərnəyinin rəhbəri Tamər Atabarutla görüşüb. Şuranın ofisindən baş tutan görüşdə hər iki qurum arasında əlaqələrin hazırkı vəziyyəti müzakirə olunub. Məlumatı “KƏLAMİNFO”ya MŞ-dən veriblər. MŞ sədri Ə.Amaşov bildirib ki, rəhbərlik etdiyi qurumun beynəlxalq təmaslarının qurulmasında Türkiyə Mətbuat Şurası ilə münasibətlər mühüm rol oynayıb. Şura sədri qonağa başçılıq etdiyi təşkilatın hazırkı fəaliyyət istiqamətləri ilə bağlı da ətraflı məlumat verib. T.Atabarut son illər Azərbaycan və Türkiyənin media qurumları arasında əlaqələrin artdığına diqqət çəkib. Bunu hər iki ölkənin ortaq maraqlarının ifadəsi baxımından faydalı tendensiya kimi dəyərləndirən qonaq mövcud istiqamətdəki fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini önə çəkib. Görüşdə Azərbaycan Mətbuat Şurası və Türkiyə Mətbuat Şurasının medianın özünütənzimləməsi sahəsindəki təcrübə mübadiləsinin dərinləşdirilməsi yolları ətrafında fikir mübadiləsi aparılıb. Hər iki ölkə jurnalistlərinin qarşılıqlı təmaslarının gücləndirilməsi məqsədilə birgə konfranslar, Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana səfərlərin təşkili qərara alınıb. Görüşdə həmçinin media təhsili sahəsində də əməkdaşlığın prioritet istiqamətlərinə dair diskussiyalar aparılıb.
URL / WWW
http://kelam.az/article/a-6192.html