Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident Türkiyənin elm, sənaye və texnologiya nazirini qəbul edib
27.04.12 15:26

Prezident İlham Əliyev Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev elm, sənaye və texnologiya sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edib. Dövlət başçısı Türkiyənin elm, sənaye və texnologiya naziri Nihat Ergünün ölkəmizə səfərinin bu sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi baxımından önəmli olacağına əminliyini ifadə edib.Nihat Ergün prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Nihat Ergün Azərbaycana səfərindən və prezident İlham Əliyev ilə görüşündən böyük məmnunluq hissi keçirdiyini deyib. Türkiyəli nazir səfər zamanı rəhbərlik etdiyi nazirliklə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparacaqlarına ümidvar olduğunu vurğulayıb. Dövlət başçısı prezident Abdullah Gülün və baş nazir Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.
URL / WWW
http://kelam.az/article/a-6191.html