Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aydın Mirzəzadə: “Azərbaycan nəinki Suriyada və İranda, dünyanın istənilən bölgəsində silahlı qarşıdurmaların əleyhinədir”
28.04.12 16:26

“Nəinki Suriyada və İranda, dünyanın istənilən bölgəsində Azərbaycan silahlı müdaxilələrin, qarşıdurmaların əleyhinədir. Bunu sön illər dövlətimizin yürütdüyü xarici siyasətdə də görmək olar, Azərbaycan illərdir beynəlxalq hüquqa hörmət etmək yolu ilə beynəlxalq təhlükəsizlik sisteminə əhəmiyyətli töhfə verir. Biz istənilən beynəlxalq problemin hüquqi yolla və qarşılıqlı maraqlar vasitəsilə həllinin tərəfdarıyıq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib. Deputat qeyd edib ki, ölkəmiz dünyanın müxtəlif regionlarında sabitliyin yaradılmasına istiqamətlənən bütün beynəlxalq mexanizmlərdə fəal iştirak edir. “Bu gün bəzi dairələr qonşu İrana müdaxilədə Azərbaycanı istinad nöqtəsi kimi göstərməyə çalışırlar, lakin bu Azərbaycanın beynəlxalq aləmdə sülhpərvər missiyasına kölgə salmaqdan başqa bir şey deyil. Biz mümkün qədər həm regionda, həm də dünyada problemlərin sülh yolu ilə həllinin tərəfdarıyıq”-deyə A.Mirzəzadə vurğulayıb. Millət vəkili deyib ki, Azərbaycanın İranın maraqlarına xoşlamadığı ölkələrlə normal siyasət yürütməsi o demək deyil ki, bu, Tehrana qarşı çevrilmiş addımlardır. “Biz Ermənistan istisna olmaqla bütün ölkələrlə, o cümlədən də İranla mehriban dostluq, qarşılıqlı əməkdaşlıq siyasətinin tərəfdarıyıq”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6189.html