Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » PA rəsmisi: “Azərbaycanda islahatlara hər an ehtiyac duyulur”
27.04.12 15:26

“Artıq Azərbaycan Avropa Penitensiar qaydalarını öz qanunvericiliyində qəbul edib. Hətta hazırda parlamentdə həbs yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı qanun layihəsi də var. Bu yaxınlarda qanun ikinci oxunuşda qəbul ediləcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib. O qeyd edib ki, Azərbaycanda penitensiar müəssisələrdə islahatlar davam edir, məhbusların layiqli şəraitdə saxlanılması üçün bütün imkanlar var və yeni penitensiar müəssisələrdə koloniyalar tikilir. “Azərbaycanın Cinayət Məcəlləsində Azadlığın məhdudlaşdırılması ilə bağlı cəza növü mövcud idi. Parlamentdə qəbul olunmuş müvafiq qanuna görə, bu, ləğv olundu. Bu səbəbdən bununla saxlanılan məhbusların cəzası da başqa cəza növü ilə əvəz olundu, daha yüngül variantlar seçildi. Artıq belə bir cəza növü Azərbaycanda yoxdur”-deyə F.Ələsgərov vurğulayıb. PA rəsmisi deyib ki, Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar artıq uzun illərdir həyata keçirilir. “Bu dinamikada olan bir prosesdir, çünki islahatlara hər an ehtiyac duyulur. Bunun müsbət tərəfi ondan ibarətdir ki, məhkəmə sistemi, prokurorluq, digər hüquq-mühafizə orqanlarında daha çox çeviklik yaranır”-deyə o əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-6188.html