Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Uşaq Musiqi Yaradıcılığı Festivalında “Aysel” rəqs qrupu da layiqli yer tutub
27.04.12 15:26

Rusiya Federasiyasının Yekaterinburq şəhərində “Yer-bizim ümumi evimizdir” (“Zemlə - naş obhiy dom”) adlı XIV Beynəlxalq Uşaq Musiqi Yaradıcılığı Festivalı keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, festivalda ölkəmizi Bakı şəhər Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin “Aysel” uşaq rəqs kollektivi təmsil edib. On ölkənin (Azərbaycan, Rusiya, ABŞ, Avstriya, Polşa, Belarus, Litva, Monqolustan, Qazaxıstan, Qırğızıstan) təmsil olunduğu və min nəfərə yaxın iştirakçısı olan festival çərçivəsində “xoreoqrafiya”, “xor oxuma” ,“instrumental musiqi” və “folklor sənəti” nominasiyaları üzrə müsabiqə keçirilib. Xoreoqrafiya nominasiyası üzrə müsabiqədə “Aysel” uşaq rəqs kollektivi Azərbaycanın milli rəqs nömrələri ilə çıxış edərək II dərəcəli diploma və xüsusi mükafata layiq görülüb. Eyni zamanda kollektivin bədii rəhbəri İradə Əliyevaya Sverdlovsk vilayəti Mədəniyyət və Turizm Nazirliyinin təşəkkür məktubu təqdim edilib. Qeyd edək ki, festival günlərində “Aysel” uşaq rəqs kollektivinin üzvləri Sverdlovsk vilayətinin Yekaterinburq və Kamensk-Uralsk şəhərlərinin konsert salonlarında milli rəqslərimizi nümayiş etdiriblər.
URL / WWW
http://kelam.az/article/a-6187.html